Samet Behrengi
Hekayə yazarı, tədqiqatçı, mütərcim, şair
1939-cu ildə Təbrizdə yoxsul ailədə doğuldu və 1968-ci də Araz çayında boğuldu.
18 yaşında müəllim olub, həyatının sonuna qədər Azərşəhr, Məməğan, Qazi Cihan, Guganda- ki, o zaman kənd idilər- tədris elədi.
1960-cı ildə ilk müntəşir olan “Adət” hekayəsini yazdı və “Təlxun”, “Adsız” hekayələri ilə yaradıcılığa davam elədi.
Ingiliscədən, Istanbul türkcəsindən fars, fars dilindən Azərbaycan türkcəsinə əsərlər çevirib. O cümlədən və Mehdi Əxəvan Salisdən, Əhməd Şamludan, Furuğ Fərruxzaddan, Nima Yuşic neçə şeir… Azərbaycan folkloru və tərbiyəti məsail barəsində də araşdırma yığincaqları var ki, müntəşir olub. 1961-ci ildə orta məktəbin tədrisindən ixrac olub…
Və sonunda 1968-ci ildə Araz çayında boğulub və olüb. Səmədin ölümünə inanmaq asan deyildi. Xüsusən, Cəlale Ale Əhməd və Ğulamhüseyn Saidi üçün ki Səmədin qələmini kəşf eləmişdi. O anda ki xəbər Tehrana çatmışdı, onlar hətta bu işdə SAVAKın əli olduğunu düşünməyə də hazır idilər. Belə deyilmişdi ki, Həmzə Fərahəti adlı bir zabit Səməd olən ləhzədə onunla birlikdə görülüb. Fərahətinin hərbçi olmağı SAVAKın bu işdə əli olmağı şübhəsini lap şiddətli eləyirdi.
Hər halda Səmədin nədən öldüyü heç zaman bəlli olmadı… Səməd Behrəngi qısa həyatında çox ərzişli və fikirli əsərlər yaratdi. Onun hekayələrinin qəhrəmanları hər zaman və hər dövrdə insanların ayılmasına və baxışlarına təsirli olub.
Kitabları:
Hekayələri: “Ulduz və qarğalar”, “Adsız kəftərbaz keçəl”, “Məhəbbət əfsanəsi”, “Balaca qara balıq”, “Qarı və qızıl rəngli cücəsi”, “Koroğlu və Keçəl Həmzə”, “Qarğalar”, “Oyuncaqlar və adamlar”, “Dümrül” vəs …
Məqalələri və kitabları:
“Iranın tərbiyəti məsailində araşdırma”, “Azərbaycan uşaqları üçün farsi əlifba”, “Uşaq ədəbiyyatının önəmi”, “Folkolor və şeir”, “Azərbaycanın əfsanələri”, “Tapmacalar, qoşmacalar”, “Azərbaycan məşrutə hərəkətində” vəs…
Dipçe:
İran’da yaşayan yazıcılar hakkındaki bu bilgiler genç kuşak aydınlardan Leila Norouzi tarafından derlenerek yazıldı.
Türk dilinin baylığını bilmenin, ondan en iyi oranda yararlanmanın yolunun Türk topluluklarının birbirinin söyleyiş ve yazış biçimlerini tanımalarından geçtiğini düşünüyoruz.
Türkiye Türkçesiyle benzerliklerin ve ayrılıkların incelenmesine olanak sağlamak üzere Leila Norouzi’nin bu kısa tanıtım yazılarını, olduğu gibi, Azerbaycan Türkçesindeki yazım biçimiyle yayınlıyoruz.
Okur Görüşlerine Açık Sayfa